“Leykers” sabiq məşqçisinə heykəl qoyacaq

14.09.2026 12:57 0
İdman
MBA komandalarından “Leykers” sabiq baş məşqçisi Fil Ceksonun heykəlini ev oyunarını keçirdiyi arenanın önündə qoyacaq.

Heykəlin açılışı gələn ilin aprelinə planlaşdırılıb. 80 yaşlı Cekson “Leykers”in belə şərəfə layiq görülən 9-cu təmsilçisidi. Əvvəllər Mecik Conson, Kərim Abdul-Cabbar, Cerri Uest, Elcin Beylor, Şakil O’Nil, Kobi Brayant, Çik Hirn və Pet Rayli də klubdan eyni ehtiramı görüb.

Cekson “gölməçəsevərlər”i 1999-2004 və 2005-11-ci illər aralığında çalışdırıb. Komanda onun rəhbərliyi altında 5 dəfə (2000, 2001, 2002, 2009, 2010) MBA çempionu olub. Mütəxəssis “Çikaqo”nun “sükanı arxasında” da 6 çempionluq qazanıb. Cekson oyunçu kimi “Nyu-York” və “Nyu-Cersi” komandalarının şərəfini qoruyub. “Nyu-York”un heyətində iki dəfə (1970, 1973) MBA çempionu olub.