Raylinin heykəli qoyuldu

4.03.2026 21:24 10
Dünya futbolu
Los-Ancelesdə yerləşən Crypto.com arenasının önündəki “Star Plaza”da əfsanəvi məşqçi Pet Raylinin bürünc heykəli qoyulub. Hündürlüyü 2,4 metr, çəkisi 230 kq olan memarlıq əsəri 80 yaşlı mütəxəssisi “Corcio Armani”dən olan kostyumda canlandırır.

"Football-plus.az" xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə məşqçilik edən, hazırda “Mayami”nin prezidenti postunu tutan Rayli bildirib ki, yenə də meydanın kənarında dayansaydı, geyim üslubunu dəyişməzdi.

O, həmçinin MBA məşqçilərinin polo köynək, kofta və sviter geyməyə imkan verən müasir dress-kodunu tənqid edib:

“Pencəyə və qalstuka dönməyimizi istərdim. Düşünürəm ki, tamaşaçılar meydanın kənarında lider kimi görünən, lider kimi geyinən və özünü lider kimi aparan adam görmək istəyir”.

1981-90-cı illər aralığında “Leykers”ə rəhbərlik edən Rayli bu komanda ilə dörd dəfə (1982, 1985, 1987, 1988) MBA çempionu olub. O, “gölməçəsevərlər”in “Star Plaza”da heykəli qoyulan 8-ci təmsilçisidi.

Əvvəllər bu şərəfə Elcin Beylor, Kobe Brayant, Çik Hirn, Şakil O’Nil, Cerri Uest, Mecik Conson və Kərim Abdul-Cabbar layiq görülüb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul