“Leykers” daha bir nömrəni istifadədən çıxardı

18.08.2024 20:35 343
İdman
MBA klublarından “Leykers” X sosial şəbəkəsindəki səhifəsində Maykl Kuperin oyun nömrəsini istifadədən çıxardığını elan edib.

Hücumameyilli müdafiəçi Los-Anceles klubunun heyətində 1978-90 aralığında 21 nömrəli forma ilə çıxış edib, həmçinin 1994-96 aralığında baş məşqçinin yardımçısı olub. “Gölməçəsevərlər”lə 5 dəfə MBA çempionu olan sabiq basketbolçu bu il 68 yaşını tamamlayacaq. 21 nömrəli formanın arenanın tavanına qaldırılması mərasimi gələn il yanvarın 13-də keçiriləcək.

“Leykers” əvvəllər 8 (Kobe Brayant), 13 (Uilt Çemberlen), 16 (Pau Qazol), 22 (Elcin Beylor), 25 (Qeyl Qudriç), 32 (Mecik Conson), 33 (Kərim Abdul-Cabbar), 34 (Şakil О'Nil), 42 (Ceyms Uorti), 44 (Cerri Uest), 52 (Camaal Uilks) və 99 (Corc Maykan) nömrəli formaları da istifadədən çıxarıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul