Milli Niderlanda uduzdu, Ukraynanı məğlub etdi - AÇ

13.09.2026 01:00 99
İdman
Qadınlardan ibarət 3x3 basketbol üzrə millimiz Avropa çempionatında mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən turnirdə yığmamız ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub.

Komanda ikinci görüşdə isə Ukrayna ilə qarşılaşıb. Millimiz rəqibini 20:7 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra yığmamız 1/4 finala yüksəlmək şansları artıb.