Millimiz 1/4 finalda Fransa ilə qarşılaşacaq

13.09.2026 10:31 0
İdman
Qadınlardan ibarət 3x3 basketbol üzrə millimiz bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Belçikanın Antverpen şəhərində təşkil olunan yarışın 1/4 final mərhələsində yığmamız Fransa millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16.45-də başlayacaq. Qarşılaşmanın qalibi yarımfinala vəsiqə qazanacaq.

Millimiz A qrupunda keçirdiyi ilk oyunda Niderlanda 12:21 hesabı ilə məğlub olub. Komandamız ikinci qarşılaşmada Ukraynaya 20:7 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Yığma ötən il keçirilən Avropa Kubokunda gümüş medal qazanıb. Komandamız finalda Niderland seçməsinə 16:21 hesabı ilə məğlub olub.