Nenad Byelitsanın ''Trabzonspor''dan qovulacağı ilə bağlı xəbərlər nəhayət, rəsmən təsdiqini tapdı.
"Football-plus.az" xəbər verir ki, Trabzon təmsilçisinin rəsmi saytında yerləşdirilən məlumatda xorvatiyalı mütəxəssislə yolların ayrıldığı açıqlandı.
Beləliklə, təcrübəli mütəxəssisin aprelin 19-da başlayan Türkiyə macərası 6 ay tamam olmamış başa çatdı. Komanda bu müddət ərzində hamısı superliqaya təsadüf edən 16 qarşılaşmadan 8 qələbə, 8 məğlubiyyətlə ayrılmış oldu. Byelitsanın klubla 2025-ə qədər müqaviləsi var idi. Onun təminatına gəlincə, ''Trabzonspor'' məşqçiyə yalnız bu mövsümkü illik məvacibini, yəni 1,6 milyon avro ödəyəcək. Byelitsanı Abdulla Avcının əvəzləyəcəyi gözlənilir. 2021/22-də ''Trabzonspor''a çempionluq yaşadan Avcı cümə günündən etibarən komandanın başında olacaq.
ƏLİ