"Arsenal" futbolçusu ilə yollarını ayırdı

19.05.2022 23:49 406
Dünya futbolu
Almaniyanın "Ştutqart" klubu "Arsenal"ın müdafiəçisi Konstantinos Mavropanosu transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yunan futbolçu ilə 2025-ci ilin iyunununa qədər müqavilə imzalanıb.

Mavropanos 2020-ci ilin iyul ayından "Ştutqart"da icarə əsasında çıxış edir. 2021/22 mövsümündə futbolçu komandanın heyətində 33 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.