"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı odu

11.09.2026 10:52 90
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda keçirilən "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Matçın ən yaxşısı Patrik Dorqu olub. 22 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 72-ci dəqiqədə Herri Amassla əvəzlənib. Baxımlı oyun nümayiş etdirən danimarkalı futbolçu komandasının ilk qolunun ötürməsini də verib. Belə ki, 27-ci dəqiqədə Dorqunun ötürməsindən sonra Mateus Kunya fərqlənib.

Sözügedən oyunda "Mançester Yunayted" 4:0 hesabı ilə qalib gəlib.