"Mançester Yunayted"dən Eriksenə təklif

18.06.2022 20:58 430
Dünya futbolu
",Mançester Yunayted” "Brentford"un futbolçusu Kristian Eriksenə təklif göndərib.

"Football-plus az" "Daily Mirror"a istinadən xəbər verir ki, klub danimarkalı yarımmüdafiçiyə 1+1 illik müqavilə təklif edib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Brentford"da çıxış edir. O, komandanın heyətində 10 oyunda 1 qol vurub, 3 qolun ötürməsini verib. Oyunçunun klubla müqaviləsi bu ayın sonu başa çatır.