Koxalski "Qarabağ"dan ayrıldı, Polşa klubuna keçdi - RƏSMİ

8.09.2026 15:19 135
Ölkə futbolu
“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə yolların ayrıldığını rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, polşalı qolkiper karyerasını ölkəsində “Vyeçista” klubunda davam etdirəcək.

Açıqlamada bildirilib ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub. "Qarabağ" Mateuş Koxalskinin transferi ilə bağlı “Vyeçista”nın təklifini futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandada Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “TOP-3”də qərarlaşıb.

"Qarabağ" futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.