İngiltərə klubunda istefa

8.09.2026 17:21 63
Dünya futbolu
“Liverpul”un rəhbər vəzifələrindən biri boşalıb.

"Football-plus.az" xəbər verir ki, Riçard Hyuz “Liverpul”un idman direktoru vəzifəsini öz istəyi ilə tərk edib.

İngiltərə klubunun məlumatına görə, 47 yaşlı funksioner yeni çağırış qəbul etmək istədiyini rəhbərliyə bildirib. O, “Liverpul”da 2024-cü ilin iyunundan çalışırdı. Komanda onun dövründə 2024/25 mövsümündə İngiltərə çempionu olub və tarixində 20-ci titulunu qazanıb.

İnsayder Ben Ceykobsun yaydığı məlumata görə, Hyuz karyerasını “Əl-Hilal”da davam etdirəcək.