“Səbail” Ölkə Kubokunda ən böyükhesablı qələbəsini qazanıb

29.11.2023 13:09 295
Ölkə kuboku
“Səbail” Ölkə Kubokunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdı. Bakı klubu 1-ci divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

"Səbail" 2017-ci il fevralın 22-də “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də 1-ci divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-nə təsadüf edən həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul