"Zirə"nin kapitanı 100-ə çatdı

28.08.2023 16:08 229
Ölkə futbolu
Qismət Alıyev “Zirə”də 100-cü oyununu keçirib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kapitanın yubileyi Misli Premyer Liqasının 4-cü turunda “Sabah”la ev qarşılaşmasına təsadüf edib.

Qeyd edək ki, sözügedən görüşdə "Zirə" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Q.Alıyev 2020-ci ildən Bakı təmsilçisində oynayır.