Millimiz Gürcüstana uduzdu

6.09.2026 22:23 3
Ölkə futbolu
17 yaşadək qızlardan ibarət millimiz Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da saat 11.00-da keçiriləcək.