MS-də ayın ən yaxşı oyunçusu seçildi

6.09.2026 16:47 30
Dünya futbolu
“Mançester Siti”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, klubun mətbuat xidmətinin xəbərinə görə, bu nominasiyada Rayan Şerki qalib gəlib. Fransalı yarımmüdafiəçi ötən ay İngiltərə premyer-liqasında keçirdiyi 2 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Rayan 1-ci turun “Bornmut”la oyununda (2:1) iki assist edib. 2-ci turun “Kristal Pelas” ilə matçında (4:1) isə iki qol vurub. Şerki avqust ayının ən yaxşı futbolçusu adı uğrunda mübarizədə Mark Qehi ilə Yoşko Qvardiolu arxada qoyub.