Nəhayət, “Roma”nı İtaliya çempionatında məğlub edən tapılıb.
Paytaxt klubunun uzun müddət davam edən uğurlu seriyası qırılıb. “Roma” A seriyasının 36-cı turunda “Atalanta”ya 1:2 hesabıyla uduzub. Bununla da Klaudio Ranyerinin komandasının 19 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. “Roma” bu oyunlardan 14-də qələbə qazanmış, 5 dəfə rəqibləri ilə heç-heçə etmişdi. “Canavarlar” çempionatda sonuncu dəfə ötən il dekabrın 15-də “Komo”ya 0:2 hesabıyla uduzmuşdular.
“Roma” hazırda A seriyasında 63 xalla 6-cı yeri tutur.