Gəzməyə Azərbaycan, oynamağa Türkiyə yaxşı!

4.09.2026 14:13 35
Dünya futbolu
Vensan Abubakarın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını “Bodrumspor”da davam etdirəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Kamerunlu oyunçu Türkiyə klubu ilə “1+1 il”lik müqavilə imzalayıb.

Qeyd edək ki, Abubakar əvvəllər Türkiyədə “Beşiktaş” və “Hatayspor”da çıxış edib. Onun 2025-ci ilin oktyabrından bu ilin mayınadək “Neftçi”nin heyətində 18 matça çıxaraq 9 qol vurduğunu da xatırladaq.

Əlavə edək ki, “Bodrumspor” hazırda Türkiyə çempionatının 1-ci liqasında 2 xalla 17-ci yeri tutur.