İngiltərə çempionunu tərk edəcək?

3.09.2026 20:33 3
Dünya futbolu
Qabriel Jezus bu yay “Arsenal”ı tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionu braziliyalı futbolçu ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdı. Komandanın baş məşqçisi Mikel Arteta da Jezusun son məşqdə iştirak etməməsinin onun gələcəyi ilə əlaqəli olduğunu istisna etməyib.

Jezusun “Arsenal”dan ayrılmağa yaxın olub-olmaması ilə bağlı suala Arteta konkret cavab verməsə də, vəziyyətin aydın olduğunu vurğulayıb.

“Napoli” 29 yaşlı hücumçunun transferi ilə maraqlanır. Lakin “Arsenal”ın onun üçün təxminən 20 milyon funt sterlinq tələb etməsi və futbolçunun yüksək maaşı keçidin baş tutmasını çətinləşdirir.