“Kəpəz” “Hapoel”dən futbolçu transfer etdi

1.09.2026 19:20 0
Ölkə futbolu
“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi albaniyalı mərkəz müdafiəçisi David Domqjonini transfer edib. 29 yaşlı futbolçu ilə bağlı digər müqavilə detalları açıqlanmayıb.

Futbolçunun son klubu İsrail “Hapoel”i (Yerusəlim) olub.