“Football-plus.az” olaraq, bu sualı mütəxəssis Aslan Kərimova ünvanladıq:
“Suala cavab vermək üçün hələ tezdi və iki turdan sonra geniş mülahizə yürütmək düzgün olmaz. Amma ötən mövsümdə də gördük ki, müəyyən büdcəyə sahib komandalar turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşır. Büdcəsi nisbətən az olan klublar isə keyfiyyətli futbolçuların transferində daha çox çətinlik çəkirlər.
Sadaladığınız komandalar – “Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz”, təbii ki, ön plandadı. “Zirə”ni də bu siyahıya əlavə etmək olar. “Zirə”nin büdcəsini dəqiq bilmirəm, amma yəqin ki, “Qarabağ”, “Sabah” və “Neftçi” ilə müqayisədə daha aşağıdı. Buna baxmayaraq, komandanın artıq iki mövsümdə oturuşmuş heyəti var və bu kollektiv sabit şəkildə ilk iki pillə uğrunda mübarizə aparan komandalarla rəqabət apara bilir. Bu stabilliyin nəticəsini də yeni çempionatın ilk turlarında görürük.
İlk iki tura əsasən həmin komandalar digərləri ilə müqayisədə daha yaxşı təsir bağışlayırlar. “Sabah” və “Qarabağ”ın səviyyəsi onsuz da məlumdu. Digərlərinin də ən azı ilk iki turda performans baxımından daha yaxşı göründüyünü qeyd etmək olar. Amma digər komandaları indidən bir-biri ilə müqayisə etmək çox çətindi. Məsələn, “Şəfa” qələbə qazandı, ardından “İmişli”yə məğlub oldu. “İmişli” isə öz növbəsində “Şəfa” üzərində qələbə qazandı. Bu baxımdan, hazırda sonuncu pillədə qərarlaşacaq komandanı müəyyənləşdirmək, demək olar ki, mümkün deyil. Sadaladığımız əsas komandalardan sonrakı kollektivlər arasında fərqin nə qədər olduğunu iki turdan sonra söyləmək çətindi. Bəli, müəyyən fərq görünür, amma hələ böyük uçurumdan danışmaq olmaz. Bununla belə, həmin fərqin əsas səbəblərindən biri açıq-aşkar maliyyə imkanlarıdı. Bəzi klublar daha keyfiyyətli futbolçuları heyətinə cəlb edə bilir, bəzilərinin isə buna maddi imkanı çatmır. Təbii ki, istisnalar da mümkündü. Məsələn, “İmişli”, “Şamaxı” və ya “Sumqayıt” daha münasib qiymətə keyfiyyətli futbolçu tapa bilər. Bəzən ucuz transferlə də yaxşı oyun əldə etmək mümkündü. Amma belə hallar barmaqla sayılacaq qədər az olur. Yekun olaraq deyə bilərik ki, sadaladığımız komandalarla digərləri arasında ən azı ilk iki tura əsasən müəyyən fərq var. Lakin bu fərqin nə dərəcədə böyük və kəskin olduğunu indidən söyləmək düzgün olmaz”.

İSRAYIL XEYRULLAYEV