Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Misli premyer-liqasında 200-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, qəsəbə təmsilçisi mütəxəssisin rəhbərliyi altında yubiley qarşılaşmasında "Neftçi"ni 3-cü turda 1:0 hesabı ilə məğlub edib. 2020-ci ilin yayından "Zirə"yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub.
Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.
Qeyd edək ki, Rəşad Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də "Qəbələ" ilə səfər görüşündə (1:1) gerçəkləşib.
Rəşad Sadıqov "Zirə"də 200-ə çatdı
Ölkə futbolu






