“Zirə” 3 mövsüm sonra bunu yenidən bacardı

31.08.2026 15:00 8
Ölkə futbolu
Misli premyer-liqasının startı “Zirə”nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri startda belə seriyaya imza atıb.

Sonuncu belə hadisə 2023/24 mövsümünə təsadüf edib. Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinib. 2017/18 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.

Ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.