Bəs “Qarabağ”ın bu oyunda əsas səhvləri nələr oldu? Məğlubiyyətə daha çox nə təsir etdi?
“Football-plus.az” bu məsələ ilə bağlı fanklubun rəhbərlərindən Elnur Quliyevlə əlaqə saxlayıb:
“Sadəcə, indi verəcəyim cavabın şəxsi mövqeyim olduğunu qeyd etmək istəyirəm. Çünki fanklub fərdlərdən ibarətdi və hərənin öz fikri var. Toplum olaraq, bəli, hansısa məsələ ilə bağlı ümumi qərar və ya fikir formalaşanda bu, fanklubun mövqeyi olur. Şəxsi fikrim odu ki, bütün böyük komandalar bu prosesdən keçir. Müəyyən dəyişikliklər olur və müəyyən mövsümlərdə belə mərhələlər yaşanır. Mən əslində neçə ildi gözləyirəm ki, bu proses olacaq. Qurban müəllimin sayəsində bu proses bir qədər ləngidi. Amma yenidən formalaşmaq, daha güclü və daha təcrübəli “Qarabağ”ın yaranması üçün bu proses qaçılmaz idi və axır-əvvəl baş verdi. Düşünürəm ki, bu uğursuzluq gələcəkdə qarşımıza daha güclü “Qarabağ” çıxaracaq. Çünki bütün böyük klublar – “Real”, “Barselona”, “Mançester Yunayted”, “Bavariya” da bu qaçılmaz prosesdən keçib. Belə dəyişikliklər baş verməsə, klub daha uğursuz vəziyyətə düşə bilər. Elə böyük komandalar görmüşük ki, hətta ikinci liqaya düşüblər, bir neçə il ərzində özlərinə gələ bilməyiblər”.
İSRAYIL XEYRULLAYEV






