Türkiyə superliqasında çıxış edən "Eyupspor" 1-ci liqa iştirakçısı "Bursaspor"un futbolçusu Toral Bayramovu heyətinə cəlb edə bilər.
"Football-plus.az" xəbər verir ki, bu barədə "Spor Bursa" məlumat yayıb.
Yerli nəşr elita klubunun müdafiəçini icarə əsasında transfer etmək istədiyini yazıb. İş ondadı ki, "Eyupspor" sabiq futbolçularından birinə - Fredrik Midtsjoya borclu olduğu üçün transfer qadağası ilə üzləşib. Kəsəsi, klub bu keçidi həmin problemi aradan qaldırandan sonra reallaşdırmağı planlaşdırır.
Bəs, bu iddialar nə dərəcədə doğrudu? Bu sualı Toral meneceri Tural Əsgərliyə ünvanladıq. O, "Football-plus.az"a açıqlamasından bu cür danışıqlardan xəbərdar olmadığını bildirdi.
Xatırladaq ki, "Bursaspor" Toralla bu yay üçillik müqavilə imzalayıb. Bayramov yeni klubunda üç çempionat oyunu keçirib və cəmi 109 dəqiqə meydanda olub.
KƏNAN BAHADIR
Toral Bayramovun superliqa klubuna keçidi ilə bağlı yenilik - meneceri nə dedi?
Ölkə futbolu / Manşet






