Prezident İlham Əliyevdən "Sabah"la bağlı Sərəncam

27.08.2026 16:31 21
Ölkə futbolu
Prezident İlham Əliyev “Sabah”a maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

"Football-plus.az" xəbər verir ki, Sərəncama əsasən Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.