Prezident bu federasiyaya 1 milyon manat ayırdı - SƏRƏNCAM

18.03.2022 13:41 734
Aktual / Manşet
Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb.

Ölkə başçısı bu barədə Sərəncam imzalayıb.

Sərəncamda qedy edilir ki, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına bir milyon manat ayrılsın.