Prezident İlham Əliyev “Qarabağ”a maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
"Football-plus.az" xəbər verir ki, Sərəncama əsasən, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ”a beş milyon manat ayrılıb.