“Qarabağ” - “Dinamo” matçına satılan bilet sayı açıqlandı

27.08.2024 21:43 300
Çempionlar Liqası
"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb. Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20.45-də baş tutacaq.