Türkiyə çempionatının 2-ci turunda ''Fənərbaxça'' ''Konyaspor''u qəbul etdi.
"Football-plus.az" xəbər verir ki, ilk turda ''Gənclərbirliyi''nə uduzmaqla fanatlarına əsl şok yaşadan İstanbul nəhəngi bu dəfə sürprizə imkan vermədi. ''Qalatasaray''ın 4 qol vurduğu həftədə ''Fənər'' də 4 qollu qələbə qazandı.
Vedat Muriqi ''sarı-lacivərdlilər''ə geri döndükdən bu yana ilk qolunu vurdu. 7-ci dəqiqədə gələn bu qola ''Konyaspor'' 11-ci dəqiqədə Ebrima Kolli ilə cavab verdi. 20-ci dəqiqədə Meyson Qrinvud yenidən meydan sahiblərini önə keçirdi. Onun penaltisini qapıçı dəf etsə də, bu futbolçu dönən topu təkrar zərbə ilə tora göndərdi. Çox keçmədən Marko Asensio da fərqləndi. Qrinvud ikinci hissənin əvvəllərində hesabı darmadağın həddinə çatdırsa da, ''Konyaspor'' son anlarda Dəniz Türücün qolu ilə darmadağından qurtuldu. Beləliklə, ''Fənər'' 4:2 hesabı ilə üstün olaraq mövsümdə ilk qələbəsini qazandı.
Qrinvud 3 qolda yaxından iştirak edərək qəhrəmana çevrildi. Maraqlıdı ki, superliqa tarixində bir rəqibə qarşı ən çox oyunda ən azı 4 qol vuran komanda ''Konyaspor''a qarşı bunu 18-ci dəfə bacaran ''Fənərbaxça''dı. ''Sarı-lacivərdlilər'' bu rəqibə qarşı evdəki son 6 superliqa matçında 23 qol vurublar!
''Fənərbaxça'' da ilk qələbəsini 4 qolla qazandı
Dünya futbolu






