İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışdı

22.08.2026 14:50 102
Ölkə futbolu
“Sabah” Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Xose Manuel Armada Zarko “Sabahın Ulduzları” layihəsi ilə bağlı təəssüratlarını bölüşüb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis turnirlə bağlı bunları deyib:

“Düşünürəm ki, çox fərqli və yaxşı turnirdi. İspaniyadakı yarışlardan daha uzunmüddətlidi, amma burada müxtəlif oyunçuları, komandaları görə bilirik. Bunlar futbolçularımız üçün dəqiqlik baxımından və yaxşı başlanğıc etmək üçün əlverişli oyunlardı”.

O, U-14 və U-15 liqalarında tam beynəlxalq standartların tətbiqi ilə bağlı fikirlərini bildirib:

“Bu yaş qrupları üçün hesab edirik ki, bu cür turnirləri təkmilləşdirməyə davam etməliyik. Beləliklə, həm öz, həm azərbaycanlı oyunçuları hamıya nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən, maraqlıdı”.