• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi

Ölkə futbolu

Bu gün, 16:30

2025-2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçiriləcək "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarışlara həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.

Tədbirdə AFFA və BFF rəsmiləri, Bayıl stadionunun, komandaların nümayəndələri, məşqçiləri iştirak ediblər.

Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov çıxış edərək "Sabahın Ulduzları" Bakı Kubokunun futbolun inkişafı, gənc futbolçuların yarış təcrübəsinin artırılması və perspektivli istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, eyni zamanda bu yarışların 2026-cı ildə Azərbaycanda keçiriləcək U-15 Dünya çempionatı və festivalına bu yaş qrupu üzrə Milli komandanın formalaşdırılması üçün seleksiya xarakteri daşıyacağını vurğulayıb. “Sabahın Ulduzları” layihəsinin rəhbəri yarışların “CBC Sport” kanalında canlı yayımlanmasının yeniyetmə futbolçuların məsuliyyətini və ümumi marağı artıracağını bildirib, bütün oyunların BFF vasitəsilə sosial platformlarda göstəriləcəyini diqqətə çatdırıb.

Daha sonra AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov gənc futbolçuların inkişafında məşqçilərin rolundan, təlim-məşq prosesinin keyfiyyətinin artırılmasının vacibliyindən və yaş qruplarında futbolun inkişaf perspektivlərindən danışaraq U-15 Dünya çempionatına hazlığın əhəmiyyətini xüsusi qeyd edib.

AFFA Hakimlər Komitəsinin hakim-mütəxəssisi Orxan Məmmədov “Sabahın Ulduzları” yarışlarında oyunlara 4 hakimin cəlb ediləcəyini, ədalət təmsilçilərinin idarəçiliyinin hakim-inspektorlar tərəfindən qiymətləndiriləcəyini xüsusi qeyd edərək son illərdə belə yanaşmanın uşaq, yeniyetmə və gənclər futbolunda ilk dəfə olduğunu, AFFA Hakimlər Komitəsi və BFF tərəfindən oyunların nəzəri təhlilinin keçiriləcəyinə müsbət yanaşdığını bildirib.

AFFA Oyunların Təşkili Departamentinin nümayəndəsi, Könüllülər Proqramının koordinatoru və BFF-nin departament rəhbəri Fərid Nağdaliyev yarışın əsasnaməsi, formatı, oyunların təşkili, iştirakçıların hüquq və vəzifələri, eləcə də təşkilati məsələlərlə bağlı ətraflı təqdimat edib.

Bayıl stadionunun nümayəndəsi Paşa Məmmədov arenanın yenidən əsaslı təmiri ilə bağlı iştirakçıları məlumatlandırıb, “Sabahın Ulduzları” yarışlarının təşkilində əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Tədbirin sonunda məşqçilər və klub nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Yarışın əsasnaməsi, təşkilati məsələlər və oyunların keçirilməsi ilə bağlı suallar AFFA və BFF rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Hər yaş qrupunda 12 komanda iştirak edəcək və oyunlar avqust-sentyabr aylarında keçiriləcək.

Paylaş:
Digər xəbərlər

İdman

28-01-2026, 15:0

“Sabahın ulduzları”: Bakı Kuboku uğrunda yarış başlayır

Ölkə futbolu

4-03-2024, 15:0

Tahir Süleymanov federasiya prezidenti seçildi

Ölkə futbolu / Manşet

5-03-2024, 14:0

AFFA prezidenti vəzifəsinə ilk namizəd: Süleymanovun yeni vəzifəsi nəyə hesablanıb? - ÖZÜ DANIŞDI

Ölkə futbolu

16-03-2026, 17:0

Növbəti "D" lisenziyalı məşqçi kursları keçiriləcək

Ölkə futbolu

24-02-2026, 13:0

Bayıl stadionunda məşqçi kurslarına start verildi

Ölkə futbolu

28-02-2026, 20:0

D lisenziyalı məşqçi kursları yekunlaşdı

Aktual
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
Son xəbərlər
  • Bu gün, 17:02
    Milli futbolçunu ağır cəza gözləyir – DÇ-nin EHTİMALI
  • Bu gün, 16:30
    "Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi
  • Bu gün, 16:14
    "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 15:37
    DÇ oyunundan sonra azı 4 nəfər yaralandı - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:04
    Niderland yığmasının üzvü ''Fənərbaxça''da!
  • Bu gün, 14:35
    "İmişli"də daha bir ayrılıq
  • Bu gün, 14:00
    Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
  • Bu gün, 13:52
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 13:30
    "Xankəndi" baş məşqçisi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 13:15
    Tamaşaçı rekordu yeniləndi - DÇ-nin REKORDU
  • Bu gün, 12:17
    Məşqçi ölümlə hədələnir
  • Bu gün, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Bu gün, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Bu gün, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
  • Bu gün, 10:31
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:00
    BFK FİFA-ya etiraz etdi - DÇ-nin ŞİKAYƏTİ
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
  • Dünən, 22:29
    Növbəti oyunu buraxacaq
  • Dünən, 22:00
    Mareska “Etihad”a qayıtdı
  • Dünən, 21:31
    "Zirə"dən növbəti transfer
  • Dünən, 21:00
    "Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
  • Dünən, 20:24
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:57
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:26
    İstefası qaçılmaz oldu
  • Dünən, 18:55
    “Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
  • Dünən, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Dünən, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Dünən, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Dünən, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 239
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 238
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə