Məlum olduğu kimi 11 il öncə ''Fənərbaxça''nın avtobusunun güllələnməsi olayı bu günlərdə yenidən araşdırılmağa başlanıb.
"Football-plus.az" xatırladır ki, 2015-ci ilin aprelin 4-də ''sarı-lacivərdlilər''in avtobusu Trabzondan keçərkən silahlı hücuma məruz qalmış, sürücü yaralansa da, hərəkətdə olan avtobusu kənara çəkib saxlamağa müvəffəq olmuşdu. O vaxtdan bu yana bu məsələdə ümumiyyətlə heç kim saxlanılmamışdı.
Bu günlərdə Türkiyənin ədalət naziri Akın Gürlək yeni texnologiyalar və araşdırma metodları sayəsində bu dosyenin yenidən açıldığını, 5 nəfərin şübhəli qismində saxlanıldığını ictimaiyyətə açıqladı. Saxlanılanlardan bəzilərinin kimliyi bəlli olub.
Bu iş Trabzon Cümhuriyyət Prokurorluğu tərəfindən davam etdirilir. Saxlanılanlardan Yusuf Öksüzün həbs edildiyi məlum olub. O ''qəsdən adam öldürməyə təşəbbüs'' maddəsi ilə günahlandırılır və məhkəməyə qədər həbsdə qalacaq. Daha 3 nəfər - Hakan Hatipoğlu, Emiral Aygünəş və Özgür Ərtürk evə buraxılsa da, onlar xüsusi nəzarət altında olacaqlar. Elə də məhkəməyə qədər ölkəni tərk edə bilməyəcəklər. Ancaq prokurorluq onların evə buraxılması qərarına etiraz edib.
Saxlanılan 5-ci şəxsin kimliyi barədə isə məlumat yoxdu.
''Fənər''in avtobusunun güllələnməsi olayında bir nəfər həbs edildi!
Dünya futbolu





