Türkiyənin tanınmış şoumeni, iş adamı, premyer-liqa təmsilçisi ''Hall Siti''nin sahibi Acun Ilıcalının ''Fənərbaxça'' prezidenti Əziz Yıldırım ilə bir müddət öncə məhkəməlik olduğu üzə çıxmışdı.
Məsələ burasındadı ki, Acun ''Fənər'' rəhbərliyində çalışdığı dönəmdə VİP-lojada özünə ayrıca yer almışdı. Yıldırım isə heç bir əsas gətirmədən həmin yeri onun əlinnən almışdı. Yeni rəhbərlik düz stadionun ortasında yerləşən həmin yeri ''başqanlıq lojası'' etməyi planlaşdırırdı. Yəni tək Yıldırım yox, ondan sonrakı prezidentlər də orda əyləşməli idi. Amma Acun Ilıcalı bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdi.
Türkiyə mətbuatının yazdığına inansaq, məhkəmə bu məsələdə Acun Ilıcalının lehinə qərar verib. Məhkəmənin qərarı ''Fənərbaxça'' rəhbərliyi 2026/27-nin sonuna qədər həmin lojanı 3-cü şəxslərə sata və ya verə bilməyəcək. Yəni Acun ən azı bu mövsümün sonuna qədər öz lojasından istifadə edə biləcək.
Acun Ilıcalı məhkəmədə Əziz Yıldırıma qalib gəldi
Dünya futbolu






