"Neftçi" serbiyalı yarımmüdafiəçi transfer etdi

18.08.2026 20:26 5
Ölkə futbolu
“Neftçi” daha bir transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində “ağ-qaralar”ın formasını geyəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb.

Əsasən sol vinger mövqeyində çıxış edən Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir.

O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.

Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyib, 1 qol ötürməsi ilə yadda qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul