PFL Zubirə təşəkkür etdi

17.08.2026 21:54 3
Ölkə futbolu
Peşəkar Futbol Liqası “Qarabağ”dan ayrılan Abdulla Zubirlə bağlı xüsusi paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, PFL 8 ildən sonra Ağdam klubu ilə vidalaşan futbolçunun Azərbaycan karyerasındakı göstəricilərini təqdim edib.

Məlumata görə, Zubir “Qarabağ”ın heyətində 368 oyuna çıxıb və 78 qol vurub. O, klub tarixində ən çox matç keçirən futbolçular arasında 7-ci, ən çox qol vuranlar sırasında isə 2-ci yerdədi.

Zubirin “Qarabağ”da ilk qolu 23 sentyabr 2018-ci ildə “Qəbələ” ilə matçda qeydə alınıb.

PFL həmçinin Zubirin Azərbaycan klublarının heyətində avrokuboklarda vurulan qollar üzrə 18 qolla rekordçu olduğunu vurğulayıb.

Paylaşımda futbolçuya belə təşəkkür edilib:

“Futbolumuza rəng qatdığın üçün təşəkkürlər!”

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul