“Neftçi”nin 25 il gözlədiyi start

17.08.2026 12:54 4
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasındakı uğursuz start seriyasına son qoyub.

"Football-plus.az" xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu 1-ci turda “Sumqayıt”a qalib gəlib – 3:1. “Ağ-qaralar” sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/02 mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul