Serbiya klubunda yeni təyinat

16.08.2026 20:27 6
Dünya futbolu
“Srvena Zvezda”nın yeni baş məşqçisinin adı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Serbiya klubu bu vəzifəyə Albert Rieranı təyin edib. 44 yaşlı ispaniyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Riera bu vəzifədə Deyan Stankoviçi əvəzləyib. Stankoviç komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna məğlub olaraq mübarizəni dayandırmasından sonra istefa vermişdi.

Rieranın əvvəlki iş yeri “Ayntraxt” (Frankfurt) klubu olub. O, daha əvvəl Sloveniyanın “Olimpiya” və “Selye”, həmçinin Fransanın “Bordo” komandalarını çalışdırıb. Rieranın “Selye” ilə Sloveniya çempionluğu və kubokunu qazandığını da qeyd edək.