Əvvəlki iş yerinə qayıtdı

1.01.2026 15:24 8
Dünya futbolu
“Srvena Zvezda”nın yeni baş məşqçisi rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Serbiya klubunu bundan sonra Deyan Stankoviç çalışdıracaq. Bu barədə Belqrad klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Stankoviç bu komandanı 2019-cu ilin dekabrından 2022-ci ilin avqustuna kimi çalışdırıb.

Onun sonuncu iş yeri Moskva “Spartak”ı olub. Serb mütəxəssis noyabrda Rusiya klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.