Dünən Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Dinamo”nu məğlub edən “Qarabağ” növbəti mərhələyə adladı.
“Football-plus.az” xəbər verir ki, Oyundan sonra klub prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavabladı.
- Möhtəşəm oyun keçdi. Fürsətlərimiz də çox idi, bir neçəsini dəyərləndirə bildik. “Dinamo” çox böyük, dünyada tanınmış komandadı, SSRİ dövründə 13 dəfə çempion olublar. Çox arzulayırdım ki, qələbə qazanaq. Şükürlər olsun, bacardıq. Çox sevincliyəm.
- Yeni futbolçuları necə dəyərləndirirsiz?
- Ötən dəfə mən arzuladığımı bir daha təkrar edirəm. Siz də görürsüz ki, “Qarabağ” hər oyunda daha da güclənir. Hətta dəqiqələr belə fərq yaradır. Bu komanda möhtəşəm komandadı. Mükəmməl bir heyət yığılıb. Bir qədər vaxt, bir neçə oyun lazımdı. Sonrakı oyunlarda daha inamlı bir komanda görəcəyik.
- Yeni transferlər olacaq?
- Hesab edirəm ki, hələ də çatışmazlıqlar var. Yenə də axtarışdayıq. İki futbolçuya ehtiyacımız var. Biz çox iddialıyıq. Rəhbərlik səviyyəsində tam dəstək var. Hər şey Qurban hocanın fikrindən asılıdı. Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var.
- Ötən mövsüm komanda Çempionlar Liqasında mübarizə apararkən siz “Konfrans Liqasında iştirak etsək, ən azı finala qədər irəliləyərik” demişdiz. Bu haqda nə deyə bilərsiz?
- İnşallah, mən bu komandaya həqiqətən inanıram. Bugünkü “Qarabağ”ın oyununa, keyfiyyətinə baxdızmı? Bu artıq, doğrudan da, Avropa səviyyəsində bir oyundu. Bizə zaman lazımdı. İki-üç oyun keçəndən sonra hər şey tamamlanacaq.
İSRAYIL XEYRULLAYEV