Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı

1.07.2026 12:29 10
Ölkə futbolu
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Konfrans Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Elbasani” (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.