AFFA rəsmisi UEFA-dan təyinat aldı

21.07.2025 15:24 10
Ölkə futbolu
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.