AFFA nümayəndəsinə UEFA-dan təyinat

4.11.2024 17:32 313
Ölkə futbolu
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Linz şəhərində yerləşən “Oberösterreich Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.