Bakıda bitirdilər, Maribora getdilər

6.08.2023 17:15 213
İdman
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət yığma bu gün Bakıdakı toplanışı başa vurub.

"Football-plus.az" xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komanda Bakıda Belarusla keçirdiyi yoxlama oyunlarının üçündə də qalib gəlib. Yığma hazırlığın son mərhələsi üçün sabah Sloveniyanın Maribor şəhərinə yollanacaq və orda bir neçə yoxlama oyunu da keçirəcək. Avqustun 15-də isə birbaşa Avropa çempionatında qrup oyunlarını keçirəcəyi Almaniyaya yollanacaq.

Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də başa çatacaq. 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan yığmaları olacaq. Yığmamızın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

18 avqust

22.00. Azərbaycan - Çexiya

19 avqust

22.00. Azərbaycan - Almaniya

20 avqust

22.00. Türkiyə - Azərbaycan

22 avqust

19.00. Azərbaycan - Yunanıstan

23 avqust

22.00. İsveç - Azərbaycan

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul