38 yaşında da klubuna gərək oldu

16.05.2024 16:20 137
Dünya futbolu
“Brayton” təcrübəli futbolçusu Ceyms Milnerlə müqaviləni yeniləyib.

İngiltərə klubunun rəsmi saytının yaydığı xəbərə görə, 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti birillikdi.

“Brayton”a ötən ilin yayında keçən İngiltərə millisinin sabiq oyunçusu bu mövsüm ümumilikdə 20 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib.