FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına (AŞF) hədiyyə edib.
“Football-plus.az” xəbər verir ki, taxtanın üzərində hər iki qrossmeysterin imzası var.
AŞF-nin prezidenti Mahir Məmmədov dəyərli hədiyyəyə görə, FIDE rəhbərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.