Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Elmar Baxşıyevin komandası Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
11 iyul
Yoxlama oyunu
17.00. "Araz-Naxçıvan" - "Alanyaspor" (Türkiyə)
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da Türkiyənin həvəskar liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb. Komanda iyulun 17-də "Trabzonspor"la da üz-üzə gələcək.