Üç güləşçimiz yarımfinalda - Avropa çempionatı

9.06.2025 19:23 11
İdman
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Xalçaya çıxan millimizin 5 idmançısından 3-ü yarımfinala vəsiqə qazanıb.

Yunan-Roma güləşi
4️8️ kq

Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Martin Manjikyanla güləşəcək.

5️5️ kq
Ayxan Əsədli belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la məğlub olub.

6️5️ kq
Ramil Musayev italiyalı Alessio Arankioya "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə belaruslu Vladislav Salavyova 3:5 hesabıyla məğlub olub.

80️ kq
Nicat Yeylaqaliyev çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşacaq.

1️1️0️ kq
Rihad İbrahimli belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gələcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə 20.00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında 1-ci dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.