Üç güləşçimiz Avropa çempionatının finalında

7.07.2026 10:31 11
İdman
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kq) türkiyəli Denizhan Ogünə (5:1), almaniyalı Lenni Voernerə (16:5) və yunanıstanlı Vasileyos Papageorgiuya (9:0) qalib gələrək finala yüksəlib. Emin sabah həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.

Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanneyə (2:0), rusiyalı Nazar Berkovskiyə (8:0) və türkiyəli Alkan Akaraya (3:1) üstün gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.

Orxan Hacıyev (87 kq) inamla start verib. O, əvvəlcə Almaniya təmsilçisi Anton Buxholtsuya (9:0), daha sonra ukraynalı Vladislav Solodçukuya (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan bu gün birincilik uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyana 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə 0:9 hesabı ilə məğlub olub və bu gün bürünc medal uğrunda güləşəcək. O, bürünc medal uğrunda mübarizədə türkiyəli Üzeyir Bostanla görüşəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul