İlk növbədə baş məşqçinin kimliyi və komandanın Gəncəyə nə vaxt dönəcəyi maraq doğurur. “Football-plus.az” bu məsələlələr ilə bağlı klubun media və marketinq departamentinin rəhbəri Gəray Qiyasova müraciət edib:
“Stadion məsələsi birbaşa nazirlikdən asılıdı. Onlar hələ ki stadionu bizə təhvil verməyib. Yeni mövsümdən doğma meydanda çıxış edəcəyik. Lakin bu hələ də dəqiq deyil. Digər məsələyə gəlincə, bir neçə məşqçi ilə danışmışıq. Yekun qərar verilməyib”.
Xatırladaq ki, “Kəpəz” son mövsümdə ev oyunlarını Gəncədə keçirməyib.
İSRAYIL XEYRULLAYEV






