''Beşiktaş'' gənc qürbətçini transfer etdi

5.07.2026 12:27 16
Dünya futbolu
Daha öncə Kassum Uattaranı heyətinə qatan ''Beşiktaş'' bu yayın ikinci transferini həyata keçirmək üzrədi.

İstanbul nəhəngi Liqa-2 təmsilçisi ''Klermon''un gənc üzvü İlhan Fakılı ilə anlaşıb. Qürbətçi futbolçu dünən axşam İstanbula gəlib. ''Klermon''dan verilən açıqlamada Fakılının uşaqlıq arzusunu reallaşdırmaq və danışıqları tamamlamaq üçün Türkiyəyə yollandığı bildirilib.

Yağız Sabuncuoğlunun məlumatına görə bu transfer ''ağ-qaralar''a 1,8 milyon avroya başa gələcək. Müqavilənin müddəti dördillik olacaq. Oyunçunun illik məvacibi isə cəmi 200 min avro təşkil edəcək. 20 yaşlı futbolçu əsasən sol vinger mövqeyində çıxış edir.

İlhan Fakılı daha öncə ''Andrezye''nin akademiyasında çıxış edib. 2021-dən ''Klermon''un akademiyasına qoşulub və 2024-dən əsas komandaya cəlb olunmağa başlayıb.

Türkiyənin U-21 yığmasına yeni dəvət almağa başlayan və cəmi 1 oyuna çıxan İlhan ötən mövsüm Liqa-2-ni 13-cü pillədə tamamlayan ''Klermon''un heyətində 34 rəsmi oyunda iştirak edərək aktivinə 4 qol, 5 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul